Kateqoriyasız

Nikolas Kanales: “Neftçi”də oynamaq mənim üçün yeni bir kəşf idi”

"Neftçi"nin sabiq hücumçusu Nikolas Kanales maraqlı açıqlamaları ilə diqqət çəkib.

Hazırda çıxış etdiyi "Kolo Kolo" klubunun rəsmi kanalına açıqlama verən çilili forvard "Neftçi"də oynadığı zamanlar haqda danışıb.

"Neftçi"də oynamaq mənim üçün yeni bir  kəşf idi,həm ölkə çempionatının bombardiri oldum, həm çempion, həm də kubok sahibi oldum. Çempionlar Liqasında uğursuz başlasaq da, sonradan Avropa Liqasının qrupunda oynadıq. Bu mənim çoxdankı arzum idi və arzuma məhz Azərbaycanda oyunadığım zaman çatdım.

Bundan əlavə Kanales "Neftçi"nin heyətində keçirdiyi oyunlar, xüsusən də Milanın "İnter" klubuna hər iki oyunda vurduğu qol haqda danışarkən bunları deyib :

"İnter"lə oyunda qol vurmağın gözəlliyi tamam başqa idi,hər iki oyunda  dünya nəhənginin qapısından 2 qol keçirdim.Səfərdəki oyun daha çox yadda qalan idi".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43