Premyer Liqa

“Xəzər Lənkəran” xal itirdi, “Qarabağ” – Simurq” matçında qol səsi çıxmadı – YENİLƏNİB

Bu gün Premyer Liqada 23-cü turunun oyunları keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bütün görüşlər eyni gündə baş tutacaq. 

Tura Qəbələdə start veriləcək. Burada yerli komanda "Rəvan"ı sınağa çəkəcək. Ardıyca, "Sumqayıt" doğma meydanda "Neftçi"ylə qarşılaşacaq. Günün ən maraqlı oyunu Şəfa Stadionunda baş tutacaq. İki iddialı komanda – "İnter" və "Bakı"ı münasibətlərinə aydınlıq gətirəcək.

Digər qarşılaşmalarda AZAL "Xəzər Lənkəran"la, "Qarabağ" isə "Simurq"la üz-üzə gələcək.

23 fevral (bazar)

“Qəbələ” – “Rəvan” 0:0

Qəbələ şəhər stadionu, 13:00

“Sumqayıt” – “Neftçi” 2:0
Qol:
Mirzəağa Hüseynpur, 36, 70

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança, 15:00

“İnter” – “Bakı” 1:1
Qol: Aleksandr Şoliç, 11 Vaqif Cavadov, 26

“Şəfa” stadionu, 16:00

AZAL – “Xəzər Lənkəran” 2:2
Qol:
Nildo, 22, Elnur Abdullayev, 49, Nedo Turkoviç, 83, Con Oluremi, 90+3

“AZAL Arena” stadionu, 17:00

“Qarabağ” – “Simurq” 0:0

Tofiq Bəhramov adına Respublika stadionu, 17:00

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43