Premyer Liqa

“Komandaya və azarkeşlərə təşəkkür edirəm”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov TPL-in 23-cü turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” oyunu (2:0) haqda fikirlərini bildirib.

“Maraqlı oyun oldu. Komandaya və azarkeşlərə təşəkkür edirəm. Özüm də “Neftçi”də oynamışam, komandaya hörmətim var. Bu oyunda qələbə qazanmaq vacib idi. Çətin olacağını bilirdik, lakin qalib gələ bildik”.

(PFL)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43