Milli komandaların toplanışı ilə bağlı ölkə çempionatında yaranan fasilə müddətində “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, zədəli futbolçuların müalicəsi xüsusi prosedur üzrə davam etdirilir. Adrian Skarlatake və Ağabala Ramazanovun qarşıdakı matçı buraxacağı dəqiq olsa da, Alfred Sanko və Cahangir Həsənzadə “İnter” matçında komandaya kömək edə biləcək.