Ölkə futbolu

“Xəzər Lənkəran”a şad, “Bakı”ya bəd xəbər

Bu gün Premyer Liqanın XIV turunda doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşacaq "Bakı" bu oyuna ciddi itkilərlə çıxacaq.

Paytaxt klubunun 6 futbolçusu prinsipial matçı buraxacaq.

Belə ki, yüngül zədəsi olan Elvin Əliyev, Deyvidas Çesnauskis və Mario Rubio oyunöncəsi məşqdə yüngül qaçışla kifayətləniblər. Digər zədəlilər Vadim Abdullayev, Əfran İsmayılov və Əziz Quliyev ümumiyyətlə məşqə qatılmayıblar.

Qeyd edək ki, “Bakı” – “Xəzər Lənkəran” oyunu saat 14:00-da başlayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43