Kateqoriyasız

“Xəzər Lənkəran”da problem üstünə problem: “Təcili Bakıya göndərildi” (AÇIQLAMA)

“Xəzər Lənkəran” AZAL-la matçın hazırlıqlarını davam etdirir.

Sabah “təyyarəçilər”i qəbul edəcək Cənub komandasında cidid itkilər var. Bu barədə İdmanxeber.com-a açıqlamasında komandanın baş məşqçisi Elbrus Məmmədov deyib.

Çalışdırıcı bildirib ki, AZAL-la oyunda əsas heyətin 3 üzvü iştirak etməyəcək:

“Ağabala Ramazanov dünən məşqdə zədələndi. Bu gün onu Bakıya müayinədən keçməsi yola saldıq. AZAL-la oyunda Sadio Tounkara, İlyas Səfərzadə və Ağabala iştirak edə bilməyəcək”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43