Ölkə futbolu

“Xəzər Lənkəran”dan cavab gəldi: Edu Oriol qalır, yoxsa gedir?

Con Toşakın dövründə "Xəzər Lənkəran"a "Real Saraqoza"dan transfer olunan ancaq, ümidləri doğrultmayan Edu Oriolun komandadan ayrılacağı xəbərləri dolaşır.

İdmanxeber.com-un məlumatına görə, baş məşqçi Mustafa Dənizli onu komandadan saxlamaq istəyir. İspaniyalının istedadlı futbolçu olduğunu düşünən çalışdırıcı ona bir daha şans vermək barədə düşünür. Bu barədə saytımıza klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43