Ölkə futbolu

“Xəzər Lənkəran”dan rəsmi açıqlama: “Bəli, təklif olundu”

Premyer Liqanın sonuncu turu çərçivəsində Lənkəranda baş tutmalı olan “Xəzər Lənkəran” – “Qarabağ” matçının Bakıda keçiriləcəyi ilə bağlı az öncə sizə məlumat vermişdik.

İdmanxeber.com-un məlumatına görə, məhz sonuncu turda qızıl medallara sahib çıxacaq Ağdam klubu azarkeşləri önündə bunu möhtəşəm atəşfəşanlıqla qeyd etmək istəyir. Buna görə də, “Qarabağ” PFL və “Xəzər Lənkəran”a müraciət edərək, oyunun Bakıda keçirilməsi üçün xahiş edib. Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu saytımıza açıqlamasında bunları dedi:

“Bəli, belə təklif olundu və biz də etirazımızı bildirmədik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43