Kateqoriyasız

“Xəzər Lənkəran”ı sevindirən xəbər

“Xəzər Lənkəran”ın Adrian Skarlatake həsrəti bitmək üzrədi.

İdmanxeber.com-un məlumatına görə, uzun müddətdir ki, zədəli olan rumıniyalı müdafiəçi bu həftə Bakıda müalicəsini başa vuraraq Cənub komandasına qoşulacaq. 

Bu haqda saytımıza klubun baş məşqçisi Elbrus Məmmədov bildirib. Çalışdırıcı qeyd edib ki, Skarlatake gələn həftədən komandaya qoşularaq məşqlərə başlayacaq və onun növbəti turlarda XL-ə kömək edə biləcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43