Ölkə futbolu

“Xəzər Lənkəran”ın 3 rəqibi müəyyənləşdi

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində həyata keçirəcək "Xəzər Lənkəran"ın qardaş ölkədə keçirəcəyi yoxlama görüşlərindəki rəqiblərindən üçü məlum olub.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, Cənub təmsilçisi yoxlama oyunlarındakı rəqiblərindən üçü Türkiyə klubu olacaq. Belə ki, "ağ-yaşıllar" hazırlıq çərçivəsində "Kayserispor", “Tekirdağspor” və "İnegölspor" komandaları iə qarşılaşacaq. 

Qeyd edək ki, "Xəzər Lənkəran" yanvarın 5-i Bakıda toplaşacaq və gecə saatlarında Antalyaya gedəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43