Ölkə futbolu

“Xəzər Lənkəran”ın baş məşqçisi kasıb ailədən ulduz kəşf etdi: “Bütün Bakı ondan danışır” – AÇIQLAMA + ÖZƏL

“Mustafa Dənizli ilə bir dəfə cəmi ayaqüstü görüşmüşük. Bizim də oyunlarımız var idi. Onların da Premyer Liqada vacib oyunları olduğuna görə, görüşə bilməmişik. Ancaq Mustafa müəllim aşağı yaş komandaları ilə ciddi maraqlanır”.

Bu sözləri idmanxeber.com saytına açıqlamasında “Xəzər Lənkəran”ın 15 yaşılardan ibarət komandasının baş məşqçisi İlhan Akgül deyib.

Cənub klubunun çalışdırıcısı Dənizlinin aşağı yaş qrupu ilə xüsusi maraqlanacağını qeyd edib:

“Dənizli aşağı yaşlarda çıxış edən futbolçulara xüsusi diqqət yetirəcək. Xüsusən də baza və stadion məsələlərinə…”

İlhan bəy daha sonra yeni tapıntılarından danışıb:

“Biz Bakıda “Bakı”nı yenib “Lokomotiv”lə heç-heçə etdik. “Neftçi” qələbəsinin mənim üçün xüsusi önəmi yoxdur. Bir çox komandalar “lipa” futbolçular heyətə buraxır. Ancaq biz bunu etmirik. Tam əksinə 1 yaş aşağı uşaqlarla çıxış edirik. Hətta sizə deyim ki, 2000-ci il doğumlu bir uşaq tapdıq. Adı da Xəqanidi. Bütün Bakı ondan danışır. Cəlilabadın hansısa kəndindəndi və ailəsi kasıbdır. Dörd aydır ki, bizimlə birgədir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43