Kateqoriyasız

“Xəzər Lənkəran”ın düşərgəsindən gələn bu xəbər “Bakı”nı sevindirdi

Azərbaycan Premyer Liqasının 32-ci turu çərçivəsində “Bakı” ilə qarşılaşacaq “Xəzər Lənkəran” ciddi itkilərlə qarşılaşıb. 

İdmanxeber.com-un məlumatına görə, Cənub komandasının baş məşqçisi Elbrus Məmmədov paytaxt klubu ilə oyunda Rasim Ramaldanovun da xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb təcrübəli müdafiəçinin “Qəbələ” ilə oyunda sarı vərəqə alaraq cəzalı duruma düşməsidi. 

Bundan əlavə sözügedən matçda Elvin Mirzəyevin qırmızı vərəqə alması da onun cəzalı duruma düşməsinə səbəb olub. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43