Kateqoriyasız

“Xəzər Lənkəran”ın əlacsızlıqı

Xəbər verdiyimiz kimi, Premyer liqanın XII turundan sonra yaranan fasilə “Xəzər Lənkəran” üçün başa çatır. Qısa müddətli istirahətdən sonra Lənkərandakı bazasında toplaşacaq “Xəzər Lənkəran” mövsümün ikinci “ Böyük oyun” un hazırlığına start verir.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, ciddi itkilərə rəğmən komanda bu gün toplanaraq hazırlığa başlayacaq və oyun gününə qədər bütün məşqlərini Lənkəranda davam etdirəcək. Adrian Skarlatake və Orxan Əliyevin əməliyyat olunacağını nəzərə alsaq, hər iki futbolçunun bu ili başa vurduğunu söyləmək olar.

Milli komandaların qarşıdakı rəsmi oyunları ilə əlaqədar üç futbolçu “ Böyük oyun” hazırlığına gec qosulacaq. Belə ki, Rahid Əmirquliyev, Elşən Rzazadə və Elnur Cəfərov milli komandaların düşərgəsindədirlər. Zədəli futbolçulardan Rasim Ramaldanovun sıraya dönməsi xoş xəbər olsa da, təcrübəli müdafiəçi hələ ki, fərdi məşqlərlə kifayətlənir.

Bütün bunları nəzərə alan məşqçilər korpusu əvəzedici heyətdən bir neçə futbolçunu əsas komandanın məşq prosesinə cəlb edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43