Kateqoriyasız

“Xəzər Lənkəran”ın futbolçusu jest etdi, azarkeşlər onu satqın adlandırdı – FOTO

AZAL-la oyunda iki qol vuraraq dubl edən “Xəzər Lənkəran”ın hücumçusu Junior Nildo sabiq klubunun azarkeşlərinin qəzəbinə tuş gəlib.

Belə ki, AZAL-ı vurduğu iki qolla məyus edən Nildoya “təyyarəçilər”in fanatları satqın deyə qışqırıb. 

Nildo isə hər iki qolu vurarkən sabiq klubuna qarşı jest edib və sevinməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43