Ölkə futbolu

“Xəzər Lənkəran”ın futbolçusu “Sumqayıt”da

Dünən Budaq Nəsirovla müqavilə imzalayan “Sumqayıt” klubu daha bir futbolçu ilə güclənib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda “Xəzər Lənkəran”dan ayrılan sabiq yarımmüdafiəçisi Uğur Pamuku heyətinə qatıb.

25 yaşlı futbolçu komandamızla 1,5 illik müqavilə imzalayıb. U.Pamuk transferi ilə bunları bildirib:

“Sumqayıt” mənim doğma klubumdur. Mən yenidən evimə qayıtdım. “Sumqayıt”da uğur qazanıb yenidən milli komandaya yüksəlmək istəyirəm. Bir müddətdirki yaşıl meydanlardan uzağam. Tez bir zamanda formamı bərpa edərək komandama kömək edəcəm”.

Qeyd edək ki, Uğur 2012/2013 mövsümündə “Sumqayıt” klubunda 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 2013/2014 mövsümünün ikinci yarısında yenidən komandaya qayıdan adı çəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43