Ölkə futbolu

“Xəzər Lənkəran”ın iki sabiq braziliyalısı: biri uğurlu, digəri uğursuz – FOTO

Bildiyimiz kimi "Xəzər Lənkəran" qış fasiləsində bir neçə futbolçu ilə yollarnı ayırdı. Bunlardan biri də braziliyalı qapıçı Duqlas Leyte oldu.

İdmanxeber.com-un məlumatına görə, hazırda Leyte ölkəsində "Quarani" klubunda çıxış edir. Cəmi 6 ay Cənub klubunun formasını geyinmiş Leytenin burada sabiq XL-li komanda yoldaşı da var.

Belə ki, Lənkəran klubunun digər sabiq futbolçusu Dieqo Souza da "Quarani" klubunun şərəfini qoruyur.

Qeyd edək ki,Souza bir vaxtlar "Xəzər Lənkəran"ın dəyişilməz futbolçusu olmuşdusa, Leyte komandanın ən uğursuzlarından biri idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43