Ölkə futbolu

“Xəzər Lənkəran”ın istədiyi transfer baş tutdu: Ağdamlı azarkeşlərin sevimlisi Lənkəranda!

Yeni mövsümdən iddialı komanda qurmağa çalışan “Xəzər Lənkəran” yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.

İdmanxeber.com-a klubdan verilən məlumata görə, Cənub komandası “Qarabağ”dan ayrılan Vüqar Nadirovu sıralarına qatıb.

Təcrübəli hücumçu Cənub komandası ilə 2 illik müqaviləyə imza atacaq. Yaxın günlərdə bu keçid rəsmən ictimaiyyətə bildiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43