Premyer Liqa

“Xəzər Lənkəran”ın “Neftçi”dən transfer etdiyi futbolçusu “Böyük oyun”da oynamaya bilər

"Xəzər Lənkəran"ın "Neftçi"dən transfer etdiyi Rəşad Sadiqov zədələnib.

İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun aparıcı üzvlərindən biri olan futbolçu "İnter"lə matçın 85-ci dəqiqəsində yerdə qalıb və zədəsi ona matçı davam etdirməyə imkan verməyib.

Klubdan əldə etdiyimiz məlumata görə, Sadiqovun zədəsi elə də ciddi deyil. Onun Premyer Liqanın V turu çərçivəsində "Böyük oyun"da "Neftçi"yə qarşı oynayacağı bildirilir. Ancaq futbolçunun son durumuna bu gün tam olaraq aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43