Dünyadan

“Xəzər Lənkəran”ın sabiq üzvü həbs oluna bilər

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Əhməd Dursun həbs oluna bilər.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb türkiyəli futbolçunun bir xanımı təhqir etməsidi. Belə ki, futbolçuya aid şirniyyat evinin qarşısında Handr adlı xanım öz avtomobilini saxlayıb. Məhz hadisə də bundna sonra başlayıb. Türkiyə millisinin sabiq üzvü xanıma xəbərdarlıq edərək avtomobilini həmin yerdən götürməsini xahiş edib. Nəticədə tərəflər arasında söz dialoqu yaşanıb. 

Bu zaman Dursunun qadını təhqir etdiyi iddia edilib.

Hər iki tərəf məhkəməyə müraciət edib. Əgər qadının şikayəti qəbul olunacağı halda sabiq “Xəzər Lənkəran”lını 2 aydan 2 ilədək həbs gözləyir. 

Xatırladaq ki, hücumçu 2009-2010-ci illərdə “Xəzər Lənkəran”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43