Kateqoriyasız

“Xəzər Lənkəran”ın xorvatiyalı qapıçısı: “Bütün gücümüzü toplayb kuboku qazanmalıyıq” – MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın xorvatiyalı qapıçısı Vyekoslav Tomiç “Sumqayıt”la oyundan sonra müsahibə verib.

– Tomiç, Azərbaycan çempionatında ilk oyununu keçirdin. Öncə təəssüratlarını öyrənərdik…

– Maraqlı oyun oldu. Eyni zamanda çətin oldu. Çətin olacağını da bilirdik. Çüni əsas heyətin 5 futbolçusu oynamırdı. Bununla belə, əsas olan qələbə idi ki, onu da qazandıq. 3 xala görə çox şadam.

– Sənin özün üçün nə dərəcədə çətin oldu? Hiss olunurdu ki, hələ tam uyğunlaşmamısan...

– İlk oyunum olduğundan bunu normal qəbul edirəm. Bir neçə oyun oynasam uyğunlaşma problemi də tam həll olunacaq.

– Bundan sonra da əsas heyətdə dayanacağına inanırsan?

– Mən həmişə oynamağa hazıram. Yekun qərarı isə baş məşqçimiz verəcək.

– Etiraf edək ki, çempionatda şansınız yoxdur və əsas hədəfiniz kubokdur. Bu reallığı qəbul edirsən?

– Çempionluq bir qədər mümkünsüz görünür. Çünki “Qarabağ” çox uzaqlaşıb. Amma ilk “üçlüy” şansımızın qaldığını düşünürəm. Bizi ordan 10 xal ayırır. Qarşıda isə 10 turun olduğunu nəzərə alsaq, hər şey mümkündür.

– Amma yenə də əsas diqqətinizi kuboka yönəltməlisiniz…

– Elədir. “Araz – Naxçıvan”ı evdə mütləq məğlub etməliyik. Sonra bizi yarımfinal və final görüşləri gözləyir. Bütün gücümüzü toplayb kuboku qazanmalıyıq. İnanıram ki, bunun öhdəsindən gələcəyik.

rekord.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43