Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni transferi nə vaxt komandaya qoşulacaq?

Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran" klubu braziliyalı futbolçu Eliasın keçidini razılaşdırıb.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, təcrübəli pleymeyker yanvarın 31-də Bakıda olacaq və bundan sonra rəsmi müqaviləyə qol çəkəcək.

Qeyd edək ki, 31 yaşlı oyunçunun son klubu "Atletiko Paranense" olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43