Ölkə futbolu

“Azərbaycan yığmasında ləhcə ilə danışırlar”

“Azərbaycan U-21-nin baş məşqçisi Bernhard Lippert və “Fortuna”nın ikinci komandasının məşqçisi Taşkın Aksoy köhnə dostlardı. Lippert hücumameylli oyunçu axtarırdı. Söhbət əsnasında mənim haqda söz düşüb. Mənə müraciətdən sonra valideynlərimlə bu təklif haqda məsləhətləşdim və qəbul etdim. U-21-in heyətində dörd oyuna üç qol vura və iki qol ötürməsi edə bildim. Bir qayda olaraq, komandada mənimlə türkcə danışırlar. Əlbəttə, müəyyən ləhcə ilə”.

Bu sözləri 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Tuğrul Erat deyib.

Futbolçumuz “Fortuna”nın əsas heyətinə çağrılmasından danışıb: “Məşqçi Oliver Rek mənə həmin vaxt dedi ki, ilin axırına qədər əsas komandada oynaya bilərsən. Çox xoşbəxt olsam da, həyəcanlı idim. “Kayzerslautern”lə ilk oyunuma gələndə məşqin gedişində həyəcandan qarnım sancırdı. Ancaq iş oyuna çatanda, artıq əsəb yox oldu. Bu zaman sadəcə, bacardığımı edirdim və xoşbəxt idim ki, onda qalib gələ bildik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43