Kateqoriyasız

“Xəzər Lənkəran”la oyun öncəsi qələbə

 Premyer Liqada yaranmış fasilə ilə əlaqədar “Simurq” Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ərazisində yeni tikilmiş meydançada “Sumqayıt”la yoldaşlıq görüşü keçirib.

İlk hissəsi qolsuz heç-heçə ilə bitən görüşün sonunda sevinən tərəf Zaqatala təmsilçisi olub. “Sarı-qaralar”ın qollarını Nicat Qurbanov və İdan Vaitzman vurub. “Sumqayıt” isə Mirzağa Hüseynpurun qolu ilə fərqi azladıb. Görüş 2:1 hesabı ilə “Simurq”un xeyrinə baş çatıb.

Bu oyundan sonra “Simurq”un məşqçilər korpusu gərgin məşqlərə ara verərək futbolçulara bir günlük istirahət verib. Yeni həftənin ilk günündən isə “Xəzər Lənkəran”la görüşün hazırlıqları davam etdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43