Dünya futbolu

“Xorvatiya 2:0 udacaq” – “Neftçi”nin futbolçusu

“Neftçi”nin futbolçusu Qoran Paratski Xorvatiya mətbuatıbna mesahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu milli komandamızın Xorvatiya ilə qarşılaşacağı oyundan da danışıb. O, Azərbaycan yığmasının ən təhlükəli oyunçusunun adını da açıqlayıb:

“Azərbaycan millisinin heyətində ən təhlükəli futbolçu Mirabdulla Abbasovdur. Hazırkı komandam “Neftçi”nin kapitanı Ruslan Abışov təcrübəli müdafiəçi olsa da, zədə səbəbindən uzun müddətdir oynamır”.

Bu gün keçiriləcək Azərbaycan – Xorvatiya oyununa proqnoz verən 32 yaşlı futbolçu ölkəmizdəki həyatından da danışıb:

“Hesabın 2:0 xorvatların xeyirinə olacağını düşünürəm. Bakı hər şeyin olduğu gözəl şəhərdir. Buranı çox sevirəm. Amma Premyer Liqanın səviyyəsi, rəqabət Xorvatiya çempionatı ilə müqayisədə zəifdir”.

Xorvatiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43