Milli komanda

Xorvatiya ilə oyun öncəsi millimiz üçün bəd xəbər

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un  məlumatına görə, Prosineçkinin rəhbərlik etdiyi milli komandamız 4 pillə geriləyərək 110-cu pilləyə düşüb.

“Avro-2016″nın seçmə mərhələsində millimizin rəqiblərindən olan İtaliya 16-cı pillədəki yerini qoruyub. Xorvatiya 14-cü (-1), Norveç 69-cü (-1), Bolqarıstan 68-ci (+1), Malta isə 160-cı (-1) yeri tutur.

Qeyd edək ki, siyahıya Argentina başçılıq edir – 1442 xal. Belçika 1269 xalla 2-ci, Almaniya 1248 xalla 3-cü yeri tutur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43