Dünyadan

Xorvatiya millisinin baş məşqçisi od püskürdü: “…dünya çempionatı sirkə dönəcək”

Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç Braziliya ilə oyundan sonra fikirlərini bildirib.

İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı Braziliya ilə oyundan (1:2) sonra keçirdiyi mətbuat konfransında matçın baş hakimi Yuişi Nişimuranı sərt şəkildə tənqid edib:

“O epizod penaltidisə, futboldan getmək lazımdır. Futbolun əvəzində basketbol oynamalıyıq. Hakim biabırçı qərarlar verdi. Görüş ərzində komandama hörmət edilmədi. Dünya kuboku belə başlayıbsa, bəlkə də turnirdən imtina edib evimizə getməliyik. Belə davam etsə, dünya çempionatında yüz dəfə penalti veriləcək və yarış sirkə dönəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43