Dünya futbolu

Xorvatiyalı oyunçu meydanlara geri dönür

“Trabzonspor”un oyunçusu Mislav Orsiç meydanlara geri dönməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, mövsümün əvvəlində zədələnən xorvatiyalı vinger son rəsmi oyununa ötən ilin martında çıxıb.

Orsiç keçən yay Qaradəniz təmsilçisinə transfer olub. O, “Trabzonspor” formasıyla ilk oyununa gələn həftə keçiriləcək “Konyaspor”la görüşdə çıxacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43