Ölkə futbolu

Yağış “Qarabağ”ın planlarını dəyişdi

“Qarabağ” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, hazırlığın üçüncü günündə “Qarabağ” bir dəfə məşq etməli idi. Ancaq dünən səhərdən havanın kəskin şəkildə pisləşməsi komandanın planlarında dəyişikliyə səbəb olub. Bu səbəbdən bu gün meydanda məşqi gözlənilən komandanın məşqi fitness çalışmasıyla əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43