Kateqoriyasız

Yaşar Seyidov açıqladı: “Bakı” çempionatda iştirak edəcək, ya yox?”

“Bakı” klubu Premyer Liqada iştirak edəcək.

Bu barədə klubun icraçı direktoru Yaşar Seyidov idmanxeber.com-a deyib.

Klub rəsmisi saytımıza açıqlamasında “Bakı”nın yeni mövsümdə də çempionatda iştirak edəcəyini bildirib:

“Artıq bütün sənədləşdirilmə işləri yekunlaşıb və sabah komandanın iştirak ərizəsini PFL-ə təqdim edəcəyik. “Bakı” yoluna davam edir. Özü də gənc futbolçularla. Düzdü bu dəfəki “Bakı” ötənilkilərlə nisbətdə zəifdi. Komandanın builki hədəfi yüksək yerlər uğurunda mübarizədi. Heyətimizdəki futbolçular hamısı cavanlardı. Ona görə, bu il bizə çətin olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43