Ölkə futbolu

Yığmamız Bosniya və Herseqovina millisi ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı başlayıb.
İdmanxeber.com-ıu AFFA-nın saytına istinadən yaydığı məlumata görə, millimiz Bosniya və Herseqovinanın Sarayevo şəhərində hazırlıq keçir.
 
Yığmamız toplanış çərçivəsində Bosniya və Herseqovina yığması ilə iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub. Yığmamızın heyətində 20 futbolçu məşqlərə cəlb edilib:

Asəf Əliyev, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə (hamısı “Sumqayıt”), Ayxan Arazlı, Turan Vəlizadə (hər ikisi “Qarabağ”), Abbas Abbasov, Mehdi Tahirov, İlkin Əbiyev, Murad Bağırov, Vüsal Əsgərov (hamısı “Neftçi”), Sərcan Omarov, Cavid Əliyev, Ceyhun Nuriyev  (hamısı “İnter”), Murad Məmmədov (“Vətən”), Xəyal Muradov, Cavid Rəhimli, Məhəmməd Məhərrəmov, Əli Mürsəlov, Samir Qurbanov (hamısı “Qəbələ”), Elnur İbrahimov (“Spartak-2”, Rusiya).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43