Ölkə futbolu

Yığmamız İranla bacarmadı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş  “Prezident kuboku” turnirində bu gün ilk oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, İranın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 9-da çıxacaq. Tacikistan yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43