Kateqoriyasız

Yığmamız üçün iki rəqib

Mayın 25-dən iyunun 5-dək Sloveniyada təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq prosesi dövründə 3 yoldaşlıq oyununda gücünü sınayacaq.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimiz mayın 28-də və 31-də Sloveniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq. 
Sloveniyada sonuncu oyununu iyunun 3-də keçirəcək U-21 Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşacaq. 
Qeyd edək ki, hər 3 oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43