Kateqoriyasız

Yığmamıza Fransa və Rusiyadan oyunçular çağırıldı

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan millisinin yanvarın 13-dən 25-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Hazırlıq prosesi çərçivəsində komandamız yanvarın 21-də və 22-də Bakı İdman Sarayında Özbəkistan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Təlim-məşq toplanışına dəvət olunmuş futzalçıların siyahısını təqdim edirik:

Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Amir Şojaei, İsa Atayev, Ramiz Çovdarov, Hadi Ahmadi, Xətai Bağırov (hamısı “Araz”), Emin Kürdov (EKOL), Oliveyra da Naşimento, Conatan Luiz de Angelis (hər ikisi “Alarabi Sportinq Club”, Küveyt), Eduardo Borqes (“ACCS Futsal Club Paris”, Fransa), Tiaqo Telles Martins (“Norilsk Nikel”, Rusiya), Eshaq Soorqali (“Azaraxş”, İran), Tofik Mikayılov (“Marafon”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43