Milli komanda

Yoahim Löv Prosineçkini qabaqladı

DÇ-2018-in seçmə mərhələsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, qonaqların çalışdırıcısı Yoahim Löv media mənsubları qarşısına daha əvvəl çıxacaq.

25 mart  Almaniya milli komandası

Saat 17:00. Mətbuat konfransı

Saat 17:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq    

25 mart Azərbaycan milli komandası

Saat 19:30. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq  

Hər iki məşq və mətbuat konfransı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43