Ölkə futbolu

Yunan forvard hansı klubumuzdan təklif alıb?

Yunan forvard Leonidas Kivelidis karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Həmkarlarımız iddia edib ki, “Kerkira” ilə yollarını ayırdıqdan sonra azad agent olan 27 yaşlı forvardla Azərbaycan klublarından biri maraqlanır. Adı açıqlanmayan klubumuzun etdiyi sərfəli təklifi futbolçunun özü də bəyənib və böyük ethimalla Kivelidisi Premyer Liqamızda görə bilərik.

Qeyd edək ki, ötən mövsüm “Kerkira”da çıxış edən futbolçu 12 oyunda 5 qola imza atıb. 1986-cı ildə Qazaxıstanın Jambıl şəhərində dünyaya gələn yunan forvard vətənində “Pierikos”, “Eqaleo”, “Çaidari”, “Panaçaiki”, “Doxa” və “Pantrakikos” klublarının formasını geyinib.

Fanat.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43