Dünya futbolu

“Yuventus” – “Lion” oyununun vaxtı bilindi

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində keçiriləcək “Yuventus” – “Lion” cavab oyununun vaxtı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, görüş avqustun 7-də keçiriləcək.

Bunu “Lion”un prezidenti Jan-Mişel Olas Fransa mətbuatına açıqlayıb. O, görüşün avqustun 7-də Turində keçiriləcəyəni bildirib. Matça azarkeş buraxılmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43