Dünya futbolu

“Yuventus”dan çətin qələbə, derbini “İnter” qazandı (VİDEOLAR)

İtaliya A Seriyasında 4-cü turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatəna görə, ikinci oyun günündə daha 3 matç baş tutub.

“Udineze” evdə “Breşiya” ilə qarşılaşıb və məğlub olub – 0:1.

Son çempion “Yuventus” doğma azarkeşləri önündə “Verona” ilə üz-üzə gəlib. “Qoca sinyora” bu görüşdən çətin qələbə ilə ayrılıb.

Turun mərkəzi matçında eyni şəhəri təmsil edən “Milan” və “İnter” klubları münasibətlərə aydınlıq gətirib. Kontenin rəhbərlik etdiyi “İnter” derbidə sevinən tərəf olub.

İtaliya A Seriyası
4-cü tur

20 sentyabr

Kalyari – Cenoa 3:1
Qol: Simeone, 46. Sapata, 84-öz qapısına. J.Pedro, 87 – Kouame, 83.

21 sentyabr

Udineze – Breşiya 0:1
Qol: Romulo, 57.

Yuventus – Verona 2:1
Qol: Remzi, 31. Ronaldo, 49-pen – Veloso, 21.

Milan – İnter 0:2
Qol: Brozoviç, 49. Lukaku, 78.

22 sentyabr

14:30 Sassuolo – SPAL
17:00 Bolonya – Roma
17:00 Leççe – Napoli
17:00 Sampdoriya – Torino
20:00 Atalanta – Fiorentina
22:45 Latsio – Parma


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43