Dünya futbolu

“Yuventus”un futbolçusu “Mançester Siti”nin hədəfində!

Transfer pəncərəsi hələ açılmamış bir sıra klublar gənc futbolçuları hədəfə alıblar. 

Buların içərisində "Yuventus"da çıxış edən Paul Poqba da var. Fransalı futbolçunu "Mançester Siti" klubu transfer etmək istəyir. Komandanın rəhbərliyinin oyunçunun meneceri Mina Royayla yaxşı münasibətləri olması "şəhərlilər"in xeyrinə olan amillərdən biridir. Fransa millisinin də şərəfini qoruyan Poqbanın mövsüm sonunda Turin təmsilçisi ilə müqaviləsi bitir və əgər, yeni müqavilə üçün razılıq əldə olunmasa, futbolçu çox güman ki, "Mançester Siti"yə keçəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43