Kateqoriyasız

“Yuventus”un futbolçusunda koronavirus aşkarlandı

“Yuventus”un futbolçusu Daniele Ruqanidə koronavirus aşkarlanıb.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçinin testləri müsbət çıxıb. Klubun saytı 25 yaşlı futbolçu ilə təmasda olan şəxslərin yoxlanılacağını açıqlayıb.

Ruqani İtaliya A Seriyasında koronavirusa yoluxan ilk oyunçu olub. Ölkə çempionatı epidemiyaya görə dayandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43