”Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo karyerasını Premyer Liqada davam etdirə bilər.
İdmanxeber.az məlumat verir ki, fransalı oyunçu “qoca sinyora” ilə müqaviləsini uzatmasa, “Nyukasl” və “Mançester Yunayted” onu transfer etməyi düşünür.
Rabyonun Turin klubuyla müqaviləsi bu ilin yayında bitir.
O, bu mövsüm A Seriyasında 27 oyuna çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.