Dünya futbolu

“Yuventus”un sabiq futbolçusu “Milan”da

“Milan” heyətinə yeni oyunçu cəlb edib.

İdmanxeber.com-un məlumatına görə, “rassionerlər” uruqvaylı müdafiəçi Martin Kaseresi transfer edib.

Ötən gün tibbi müayinədən keçən 29 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Kaseresin son klubu “Yuventus” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43