Kateqoriyasız

“Zalsburq”un baş məşqçisi: “Əliyar Ağayev oyunu yaxşı idarə etmədi”

Marko Rouz narazı qalıb.

İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Zalsburq” klubuyla “Şkendiya” qarşı-qarşıya gəlib. Həmyerlimiz Əliyar Ağayevin idarə etdiyi oyunda meydan sahibi olan Avstriya təmsilçisi 3-0 hesabı ilə qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında “Zalsburq”un baş məşqçisi Marko Rouz Ə.Ağayevin idarəetməsindən narazı olduğunu bildirib:

“Azərbaycanlı hakim oyunu yaxşı idarə etmədi. O, çox ləng idi. Yunusoviçin qırmızı aldığı epizodda daha fərqli qərar vermək olardı”.

Qeyd edək ki, Ə.Ağayev bu oyunda meydan sahiblərindən Yunusoviçi qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovub. O, həm də avstriyalıların lehinə bir penalti təyin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43