l Divizion

“Zaqatala” ilə matç öncəsi “Səbail”də ciddi itki

Sabah I Divizionda XXIV turda “Zaqatala”nın qonağı olacaq “Səbail” bu gün səhər saatlarında Zaqatalaya çatıb.

İdmanxeber.com-un məlumatına görə, komanda günorta saatlarında Zaqatala şəhər stadionunda məşqə çıxıb. Məşq təxminən 40 dəqiqə davam edib.

Zədədən əziyyət çəkən Eltun Yaqublu sabah “Zaqatala”ya qarşı matçda iştirak etməyəcək. “Mil-Muğan”la oyunda zədələnən digər müdafiəçi Qvanzav Maqomedov isə komandayla birgə Zaqataladadır və sabah baş məşqçi şans verəcəyi təqdirdə meydana çıxa biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43