Dünya futbolu

“Zenit” səfərdə xal itirdi – VİDEO

Rusiya Premyer Liqasında 5-ci tura start verilib.

Turun ilk oyununda lider “Zenit” səfərdə “Ural”la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb. Beləliklə, Roberto Mançininin komandası yeni mövsüm ilk xal itkisi ilə üzləşib. “Zenit” bundan əvvəlki 4 oyunda qalib gəlmişdi.

Qeyd edək ki, “Zenit” 5 turdan sonra 13 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

“Ural” – “Zenit” – 1:1

Qollar: Erik Kosmin Bikfalvi, 35 – Aleksandr Kokorin, 60


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43