Dünya futbolu

Zidan İsko ilə bağlı qərarını açıqladı

“Real”ın baş məşqçisi Zinəddin Zidan İskonun komandadan ayrılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə açıqlama verən fransalı mütəxəssis 24 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini  uzatmaq istədiklərini bildirib:

“Mən onunla yeni müqavilə imzalanmağını istəyirəm. İsko önəmli oyunçudur. O da burada qalmaq istəyir”.

Qeyde edək ki, İsko ilə “Barselona”nın maraqlandığı iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43