Kateqoriyasız

“Zirə” ilə oyun öncəsi “Qəbələ”də ciddi itki

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qəbələ” səfərdə “Zirə”nin qonağı olacaq.

İdmanxeber.az-ın məlumatına görə, əyalət klubu “qartallar”la oyuna ciddi itki ilə çıxacaq. Yarımmüdafiəçi Rövlan Muradov cəza səbəbindən komandasına kömək edə bilməyəcək. 23 yaşlı futbolçu 24-cü turun “Qarabağ”la oyununda mövsüm ərzində 4-cü dəfə sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, “Zirə” – “Qəbələ” görüşü 4 may tarixində, saat 17:45-də Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43