Ölkə futbolu

“Zirə” macarlara uduzdu

“Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama görüşü keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda “Seqed” klubu ilə qarşılaşıb və görüşdən məğlub ayrılıb – 3:1.

“Zirə”nin bu matçdakı yeganə qolunu 34-cü dəqiqədə Toni Qomes vurub.

Rəşad Sadıqovun komandası bu gün daha 1 yoxlama oyununa çıxacaq. Komanda ikinci matçda isə Serbiya Superliqası təmsilçisi “Radniçki” olacaq. Bu oyun saat 16:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43