Kateqoriyasız

“Zirə” milliyə qalib gəldi

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən yararlanan “Zirə” bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Rəşad Sadıqovun komandası Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

Oyun “Zirə”nin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. Qəsəbə təmsilçisinə qələbə qazandıran qolu 82-ci dəqiqədə Tamerlan Burcəliyev vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43