Kateqoriyasız

“Zirə” “Səbail”ə qalib gəldi

Azərbaycan Premyer Liqasında II tur davam edir.

Bu gün daha bir matç keçirilib. “Səbail” öz meydanında “Zirə” ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. İlk görüşdə “Qəbələ” ilə səfər matçında heç-heçə edən “Zirə” mövsümdə ilk qalibiyyətini əldə edib. “Səbail” isə ilk turda olduğu kimi yenə xalsız qalıb.

Dünən keçirilən oyunlarda “Neftçi” evdə “Sumqayıt”a uduzub (0:2), “Qarabağ” isə “Keşlə” ilə səfər matçında qolsuz heç-heçəyə razılaşıb. Tura sabah keçiriləcək “Sabah” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
II tur

12 sentyabr

19:00. “Səbail” – “Zirə” – 2:1
Qollar: 
Davit Volkov, 47, Ruslan Qurbanov, 67 (pen.) – Ürfan Abbasov, 80 (pen.)
Qaçırılan penalti: Rauf Əliyev, 54

Hakimlər: Vüqar Həsənli, Rahil Ramazanov, Kamran Bayramov, Orxan Məmmədov.
“ASCO Arena”

“Səbail”: 96. Nikolas Hagen, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 28. Məqsəd İsayev, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 19. Elgün Nəbiyev, 22. Əfran İsmayılov, 16. Peyman Keşavarzi, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

“Zirə”: 1. Mateus Albino, 91. Ruslan Qurbanov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 14. Rəşad Eyubov, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 8. İlkin Muradov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 17. Kayo Rangel, 20. Əli Şirinov, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43