Kateqoriyasız

“Zirə”dən iki transfer birdən -RƏSMİ

“Zirə” heyətinə iki yeni futbolçu cəlb edib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Andriya Lukoviç və Toni Korreya Qomeslə 2 illik müqavilə imzalanıb.

27 yaşlı Lukoviçin son klubu Portuqaliya “Belenenseş”i olub. Serbiyalı yarımmüdafiəçi daha əvvəl ölkəsinin “Rad”, “Bask”, “Srvena Zvezda”, “Vojdovaç”, Polşanın “Rakuv”, Portuqaliyanın “Famalikan” klublarında çıxış edib.

23 yaşlı Qomesin son klubu Türkiyə “Menemenspor”u olub. Portuqaliyalı hücumçu daha əvvəl  ölkəsinin “Arouka”, Misirin “Haras El-Hadud”, “Tala El-Qaiş”, İngiltərənin “Forest Qrin Rovers” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43